EN

MCP funksionerindən DİN-ə TƏŞƏKKÜR

"Son bir ay ərzində yaşadığım küçədə (Suraxanı rayonu, Mərkəzi küçə) hamımız üçün böyük təhlükə mənbəyinə çevrilmiş xoşagəlməz halların şahidi olurduq. Narkokuryerlərin açıq-aşkar hərəkət etməsi, avtomobillərin gəlib kol dibinə bağlama qoyması və ardınca digər şəxslərin gəlib həmin bağlamanı götürməsi artıq adi mənzərəyə çevrilmişdi. Təəssüf doğuran məqam isə odur ki, hətta konfetə bənzəyən həmin zəhərli maddələri uşaqlar da taparaq bizə göstərirdi. Bu isə valideynlər və sakinlər üçün böyük narahatlıq, ciddi təhlükə idi". 

Bunu "Cebheinfo.az"-a Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev deyib.

Partiya yetkilisi məsələni diqqətdə saxlamaq və təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət etdiyini bildirib:

"Çox qısa müddətdə cənab nazirin xüsusi göstərişi ilə operativ tədbirlər həyata keçirildi. Nəticədə böyük bir şəbəkə zərərsizləşdirildi və bir neçə nəfər saxlanıldı.

Bir daha şahid olduq ki, cənab nazir Vilayət Eyvazovun çevikliyi, işgüzar fəaliyyəti və məsuliyyətli yanaşması xalqın təhlükəsizliyinin təmin olunması üçün nümunədir və yüksək təqdirəlayiqdir.

Bu operativliyin nəticəsində küçəmizdəki təhlükə aradan qaldırıldı. Mən öz adımdan və Suraxanı sakinləri adından cənab nazirə dərin təşəkkürümü bildirir, ona ali dövlət fəaliyyətində uğurlar arzulayıram".

"Cebheinfo.az"

Chosen
1
1
cebheinfo.az

2Sources