EN

ABŞ-də silahlı hücum: 1 ölü, 3 yaralı

ABŞ-nin Qərbi Virciniya (ing. West Virginia) ştatının Mount Carbon bölgəsində baş verən silahlı hücum nəticəsində 1 nəfərin həyatını itirdiyi, 3 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Mount Carbon bölgəsində çalışan polis əməkdaşları, ştatın cənub hissəsində silahlı hücumun baş verdiyini açıqlayıblar.

Rəsmi şəxslər hücum zamanı 1 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildiriblər.

Yaralıların xəstəxanada müalicə olunduğunu qeyd edən rəsmilər, hücum edən şəxsin hadisə yerində intihar etdiyini də açıqlayıblar.

Chosen
33
1
cebheinfo.az

2Sources