EN

Çin donanmaya qarşı yeni raketlər hazırlayıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

Çin ABŞ donanmasına qarşı potensial istifadə üçün nəzərdə tutulmuş yeni nəsil gəmi əleyhinə raketlərin nümayişinə hazırlaşır.Reyting.az xəbər verir ki, Çin ABŞ-nın dəniz üstünlüyünə meydan oxumaq üçün hazırlanmış dörd yeni gəmi əleyhinə raketi ilk dəfə qarşıdan gələn hərbi paradda nümayiş etdirəcək. Düşmən hərbi gəmilərini batırmaq üçün nəzərdə tutulmuş bu raketlər Pekinin sürətlə modernləşən müdafiə strategiyasının əsas komponenti hesab olunur.Hərbi parad sentyabrın 3-də Tiananmen meydanında keçiriləcək. Son illərdə uzaqmənzilli raket arsenalını genişləndirən Çin Qərbi Sakit okeanda ABŞ bazalarını və güc proyeksiyasını hədəfə almaq qabiliyyətinə çatıb. Raketlər Pekinin Tayvan və ya Cənubi Çin dənizi üzərində potensial münaqişəyə ABŞ-nın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyan “girişin qadağan edilməsi və ərazinin məhdudlaşdırılması” strategiyasının mərkəzidir.Çinin dövlət mediası “Sinxua”nın məlumatına görə, həftə sonu 40 min iştirakçı ilə böyük parad məşqi keçirilib. Sosial mediada yayılan görüntülərdə “YJ-15”, “YJ-17”, “YJ-19” və “YJ-20” işarələri daşıyan yeni raketlər əks olunub.“YJ” termini Çin dilində “Ying Ji” deməkdir və “Qartal zərbəsi” mənasını verir. Həmçinin Çinin gəmi əleyhinə raket ailəsini təmsil edir. Ekspertlərin fikrincə, “YJ-15” səs sürətini aşmağa qadir olan səsdən sürətli raket ola bilər.“YJ-17” və “YJ-19” yüksək manevr qabiliyyətinə malik hipersəs raketləri səs sürətindən beş dəfə artıq sürətə çata bilir.“YJ-20” isə genişmənzilli və aeroballistik manevr imkanlarına malik yeni nəsil hipersəs raketi ola bilər.Avstraliyalı dəniz analitiki Alex Luk bu raketlərin yalnız gəmi əleyhinə hücumlar üçün deyil, həm də quru hədəflərinə qarşı hücumlar üçün istifadə edilə biləcəyini qeyd edib.V. QULİYEV Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
reyting.az

2Sources