Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan xalqı keçmişin qara səhifələrini unutmur və heç vaxt da unutmayacaq
Son vaxtlar qonşu Rusiyada iki ökə arasında 2022-ci il 22 fevral tarixində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhuna zidd olaraq respublikamıza qarşı təxribat xarakterli fəaliyyətlərin miqyası genişlənib. Buna aid çoxsaylı misallar göstərmək mümkündür. Rusiya tərəfi ötən ilin dekabr ayında bu ölkənin səmasında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin vurulmasından 8 ay ötməsinə rəğmən, Azərbaycanın müraciətlərinə sayğısız yanaşır, təzminatlar ödəməyə, günahkarların cəzalandırılmasına tələsmir. Eləcə də, son bir neçə ay ərzində Rusiyanın Yekaterinburq və digər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı insan hüquq və azadlıqlarına zidd olan hərəkətlərə yol verilib. Eyni zamanda, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edildi. Eyni obyektə hücumlar bu günlərdə yenidən təkrarlanıb. Belə ki, avqustun 18-nə keçən gecə sözügedən neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb. Verilən məlumatlara görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
Paralel şəkildə, rəsmi Moskvanın ölkəmizə münasibətdə “qara piara” başladığı da müşahidə edilir. Moskva Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımların arxasında dırnaqarası “çirkli niyyətlər”in durduğunu deyərək Bakıya sərt xəbərdarlıq etmək cəsarətini də özündə tapıb. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ünvanladığı son açıqlamada məhz bu cür də deyilir.
Həmçinin Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə, silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin çirkin təbliğatını aparan Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını “ləzgi kartı” ilə də hədələməyə çalışır. Dumanın deputatı Andrey Qurulyev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır...
Bütün bunlardan o qənaət hasil olur ki, Rusiya tərəfindən Azərbaycana qarşı yönələn silsilə təxribatlar məqsədli səciyyə xarakteri daşıyır və birbaşa Kremldən idarə olunur. Necə deyərlər, tarix təkrarlanır. Azərbaycan müstəqilliyə gedən yolda, həmçinin müstəqilliyinin ilk onilliklərində Rusiya tərəfindən belə xoş niyyətdən, qonşuluq münasibətlərindən uzaq olan, rəsmi Moskvanın imperiya təfəkkürünü ortaya qoyan davranışlara çox şahidlik edib. Azərbaycan xalqı tarixin həmin qara səhifələrini unutmur və heç vaxt da unutmayacaq.
Əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsi - 20 Yanvar faciəsi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda imperiya qüvvələrinin törətdikləri qanlı hadisələrin üstündən illər ötdükdən sonra baş verənlərlə bağlı daha dəqiq və obyektiv baxış bucağı formalaşıb. Aparılan istintaq tədbirlərindən, həmçinin şahid ifadələrindən o nəticə hasil olur ki, şaxtalı qış gecəsində insanların ən adi humanizm no?maları belə gözlənilmədən ağır texnikadan atəşə tutulması, heç kəsə aman verilməməsi əvvəlcədən hazırlanan ssenarinin tərkib hissəsi olub.
İmperiya qüvvələrinin Bakıda törətdikləri qırğınları sadəcə bir gecənin faciəsi kimi dəyərləndirmək doğru olmazdı. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. O da təkzi?olunmaz faktdır ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni əsilli zabit və əsgərlər, həmçinin hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
Bütün bunlar məkrli mətləblərdən xəbər verirdi. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə müvafiq fərman imzalandığı andan bu barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür.
Təbii ki, Moskva Bakıda rəvac verdiyi 20 Yanvar faciəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırdı. Ancaq büna müyəssər olmadı. Belə ağır məqamd? o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoyub. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yarıb, bütün dünyaya bir sıra mesajlarını çatdırıb. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən
Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirib.
Yenə də Heydər Əliyevin səyləri sayəsində artıq 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib. Onun təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi belə bir qətiyyətli addım atıb və 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Heydər
Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, Azərbaycan parlamentində 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Daha bir qanlı faciəni Xocalıda yaşadıq
Ötən yüzillikdə Azərbaycan xalqı bilavasitə Moskvada cızılan planlar və oradan göstərilən siyasi-hərbi dəstək sayəsində 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə olmaqla düz dörd dəfə dəhşətli deportasiyalara məruz qalıb. Bunların 1988-1993-cü illərdəki mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə baş verən ən dəhşətli hadisələrdən biri - Xocalı faciəsidir. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan təsəvvürünə sığmayan dəhşətli qırğınlar törədilib. Həmin qanlı tarixdən 33 il ötür. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan ediblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Rus ordusunun bilavasitə iştirakı ilə törədilən Xocalı faciəsinin miqyası nə qədər böyük olsa da , qisas qiyamətə qalmadı. Dövlətimizin başçısının göstərişləri əsasında Silahlı Qüvvələrimiz 2023-cü il sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatlarına başladı. Peşəkarlıqla, mülki insanlara və infrastruktura ziyan vurulmadan reallaşdırılan antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı. Beləliklə də, Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarımızda suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamamında - 2023-cü il 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla bütün dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi yaşatdı. Artıq xocalıların doğma yurd yerlərinə qayıdışına da start verilib.
İşğalçı ölkəyə dayaq duran Rusiya
Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanın işğalı ilə üzləşib. Bu işğal ərazilərimizin 20 faizinin düşmən əlinə keçməsi, bir milyondan artıq soydaşımızın doğma ev-eşiklərindən didərgin salınması ilə nəticələnib və ölkəmiz son dərəcə ağır humanitar fəlakətlə üzləşib. Ancaq bu işğalda Ermənistan ?ysberqin yalnız görünən tərəfi idi. Ermənistanı Azərbaycan ərazilərini tutmağa ilamlandıran, bu məqsədlə ona siyasi və hərbi dəstək göstərə isə Rusiya idi. Özlüyündə Ermənistan kiçik və resursları olmayan kasıb bir dövlətdir. Bu ölkə Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Lakin bu kasıb və kiçik ölkə məhz Rusiyanın himayəsi altında torpaqlarımızı öz nəzarəti altına keçirməyə nail olub. Siyasi müstəvidə Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövltlərindən biri kimi, keçmiş Dağlıq Qarabağ münaqişənin sonsuzluğadək uzanması üçün əlindən gələni edib.
Rusiyanın Ermənistana dəstəyi 44 günlük müharibədə daha da genişləndi. Ermənistan silahlı birləşmələrinin arsenalı Rusiya silahlarından ibarət idi. Müharibə günlərində döyüş meydanında aciz durumda qalan ermənilər Azərbaycanın keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərini məhz Moskvanın göndərdiyi qadağan olunmuş raketlərlə atəşə tuturdular. Kreml isə bütün bunların izahını verməyə tələsmirdi.
Lakin çoxları kimi, Rusiyanın da təcəvüzkarın yanında olması bir işə yaramadı. Azərbaycan 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etdi. Bununla belə, Moskva yenə də özünün imperialist mövqeyində qalmaqda idi. Üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan ərazilərində etimad quruculuğuna töhfə vermək məqsədilə müvəqqəti qaydada Rusiyanın sül?məramlı qüvvələri yerləşdirlmişdi. Lakin bu qüvvələrin ilk gündən fəaliyyəti sülhə xidmət etməyən işlərlə məşğul olmaq idi. Hər addımda sülhməramlıların separatçıların yanında olduqları müşahidə edilirdi. Sülhməramlılar separatçılarla sövdələşmələrə girərək təbii sərvətlərimizin talanmasına, Qarabağa Ermənistandan hərbi sursat və canlı qüvvə daşınmasına şərait yaradırdılar. Kreml isə yenə də Azərbaycanın bu xüsusda narahatçılığını qulaqardına vurur və sorğularımıza cavab vermirdi. Rəsmi Moskva həmçinin danışıqlarda “Qarabağ münaqişəsini ?ələcəyə saxlamaq” kimi imperiya maraqlarına xidmət edən tezisləri müzakirə predmetinə çevirmək üçün dəridən-qabıqdan çıxırdı.
Bugünlərdə Azərbaycanın Xankəndidə - özünün suveren ərazisində Ayvazovski soyadlı rəssamın abidəsini sökməsi Rusiyanın ayrı-ayrı dairələri tərəfindən böyük ajiotajla təqdim olundu. Halbuki buna heç bir lüzum yox id. Zamanında Xankəndidə erməni əsilli rəssamın büstünün qoyulması da Rusiya sülhməramlılarının ərazilərimizdə özbaşına, bədnam fəaliyyətləri sırasında yer alır. Azərbaycan şəhərində Ayvazovskiyə abidə ucaldılması xoş məramdan uzaq idi. Bunu heç bir halda mədəniyyət hadisəsi kimi dəyərləndirmək olmaz. Rəssam Qarabağda yaşamayıb, bu coğrafiya ilə hansısa bir bağlılığı olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sırf qərəzli siyasi-ideoloji məqsəd daşıyırdı - bununla Rusiya sülhməramlıları, əslində, separatçıları dəstəkləyən, onların dəyirmanına su tökən rolunda çıxış edirdilər. Ermənilərin işğal illərində ərazilərimizdə qanunsuz məskunlaşma apardıqları, tarixi abidələrimizi öznünküləşdirməyə cəhd göstərdikləri hər kəsə bəllidir. Guya, bu ərazilərdə tarixən erməni mədəniyyəti olub. Rusiya sülhməramlıları tərəfindən Xankəndidə Ayvazovskiyə abidə ucaldılması da eyni ssenarinin tərkib hissəsidir. Sülhməramlıların bu addımı atmaqla separatçılara ayı xidməti göstərmələrinin alt qatında isə yenə də imperialist məqsədlər dayanırdı.
Mübariz ABDULLAYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.