EN

Aİ cari ilin ilk yarısında Rusiyadan təqribən 4,4 milyard avroluq LNG idxal edib

Bakı, 19 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) statistika agentliyi “Eurostat”ın məlumatına görə, 2025-ci ilin birinci yarısında Aİ ölkələri Rusiyadan təxminən 4,48 milyard avro (5,2 milyard ABŞ dolları) dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ümumilikdə, 2025-ci ilin ilk altı ayı ərzində Aİ təxminən 26,9 milyard avro dəyərində LNG idxal edib. Ən böyük pay - təxminən 13,7 milyard avroluq tədarük ABŞ-ın payına düşür.

Avropa Komissiyasının bildirdiyinə görə, 2024-cü ildə ABŞ Aİ-nin ümumi LNG idxalının təxminən 45%-ni təmin edib və blokun ən böyük LNG təchizatçısına çevrilib.

Rusiya nefti və kömüründən fərqli olaraq, Aİ-nin bəzi üzv dövlətləri arasında davam edən asılılıq səbəbindən Brüssel indiyədək qaza sanksiyalar tətbiq etməyib. LNG və boru kəməri təchizatı, o cümlədən “Türk axını” vasitəsilə qaz təchizatı davam edir.

Chosen
106
1
azertag.az

2Sources