EN

Azərbaycana idxal edilən düyü 10%-ə yaxın ucuzlaşıb

Azərbaycana

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 33 milyon 585 min dollar dəyərində 35 min 544 ton düyü idxal edilib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 26.9% və ya 12.3 milyon ABŞdolları, həcm baxımından isə 19.1% və ya 8419 ton azalıb. Ötən ilin yanvar-iyul aylarında Azərbaycana 45 milyon 916 min dollar dəyərində 43 min 963 ton düyü idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanaəsasən Hindistandan, Pakistandan və Qazaxıstandan idxal edilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 9.6% azalaraq 1.61 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk yeddi ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,43%-nə bərabər olub.

Chosen
21
4
xalqcebhesi.az

5Sources