Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, biletlərin qiyməti 5, 7 və 10 manat təşkil edir. VİP sektorların qiyməti isə 20, 30, 200 manatdır.
Biletləri iTicket.az-ın satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.