EN

Lənkəranda yeniyetmə süni göldə boğuldu – FOTO

Lənkəranda yeniyetmə süni göldə boğulub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıqdan suya düşüb. Suyun dərinliyi səbəbindən yeniyetmə boğularaq dünyasını dəyişib.

Əraziyə aidiyyəti qurumlar cəlb olunub, traktorla gölün qarşısı qazılaraq suyun səviyyəsi endirildikdən sonra meyit sudan çıxarılıb və ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
98
7
bizim.media

7Sources