EN

Azərbaycan Trabzonda TÜRKSOY un toplantısında təmsil olunur

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin yüksək rütbəli məmurlarının 5-ci toplantısı başlayıb. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı və Trabzon valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
8
sia.az

9Sources