EN

Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5 ci Toplantısı keçirilir FOTO

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak  edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər

Bələdiyyəsinin Başçısı və Trabzon Valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
8
bakivaxti.az

9Sources