EN

“Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq”

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“MDB ümid edir ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.

"Biz hamımız Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd sazişinin imzalanmasını böyük məmnunluqla qarşıladığımız kimi, indi də bu birgə bəyannamənin imzalanmasını böyük məmnunluqla alqışlayırıq. Hesab edirik ki, bu, fikir ayrılıqlarının yekun həlli və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması yolunda mərhələlərdən biridir", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
missiya.az

3Sources