EN

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzininsabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışovvə Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrənövbəti məhkəmə prosesi keçirilib.

Trendxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilənprosesdə şahidlər ifadə verib.

Şahid Arzuman Yaqubov bildirib ki, təqsirləndirilən şəxsləritanımır:

“Azərbaycana İrandan yuyucu tozların gətirilməai ilə məşğulam.Sertifikat almaq üçün ona pul vermişəm. Hər məhsul üçün 100-110manat ödəniş etmişəm. İstintaqa verdiyim ifadəni təsdiqedirəm”.

Şahid Sərdar Xasayev ifadəsində bildirib ki, TürkiyədənAzərbaycana gigiyenik vasitələr gətirirəm. Hər mal üçün 450 manatödəniş etmişəm. Ödəniş etməsəydim mənə sertifikatverilməyəcəkdi.

Cinayət işi üzrə şahid qismində ifadə verən Kamran Əsədovtəqsirləndirilən şəxslərdən Tahir Vəliyevi tanıdığını məhkəməyəbildirib:

“Tahir danışığımız olmasa da, onu tanıyıram . Mən ölkəyəxaricdən krem gətirirəm. Bunun üçün də gömrüyə sertifikat təqdimetməliyəm. 250-300 manat ödəniş etmişəm. Lakin ödənişlə bağlı mənəheç bir çek verilməyib ”.

Cinayət işi üzrə ifadə verən “Saxa Kids” MMC-nin direktoruSvetlena Allahverdiyeva bildirib ki, təqsirləndirilən şəxslərdənyanlız biri ilə telefon danışığı olub:
“Mən hüquqi şəxsəm. “Saxa Kids” Türkiyədən, Almaniyadan ,İngiltərədən uşaq geyimləri gətirir. Bizim mallar gömrükdə idi. Hərgün üçün 100 dollar ödəniş etməli idik. Bizə dedilər ki, 300 manatödəniş edin, lisenziya verilsin. Hər məhsuldan nümunə götürüldü.Adını dəqiq xatırlamıram. Samir, ya da Sahib adlı şəxs kartgöndərdi, ödəniş etdik, bizə lisenziyanı vatsapdan göndərdi”.

Məhkəmənin növbıti prosesi 16 sentyabrda baş tutacaq.

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publikhüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini YadullaBalışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayətbaşında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsininmüvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadanəlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal vədaxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması vədigər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri qurumamüraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pulvəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyənedilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digərünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədvə başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və TahirVəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağırnəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaqorqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündəqətimkan tədbirləri seçilib.

Məqalədə:
Chosen
76
4
az.trend.az

6Sources