Bakı,19 avqust, AZƏRTAC
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanda "Ferensvaroş"la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.