Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley tədbiri ilə əlaqədar döş nişanı vəsiqəsi, döş nişanı və qutularının hazırlanmasına sərf ediləcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 32 854 AZN-dir.
Xidməti Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin “Azərsuvenir” (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti göstərəcək.
Tərəf arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 19 Avqust 2025, 08:15