EN

Sarayevo “Beynəlxalq Turizm Sərgisi 2025”ə ev sahibliyi edəcək

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “Beynəlxalq Turizm Sərgisi 2025” (“International Tourism Expo 2025”) keçiriləcək. SİA xəbər verir ki, sentyabrın 25-dən 27-dək Skenderiya Mərkəzində keçiriləcək sərgidə 20-dən çox ölkədən çoxsaylı turizm agentlikləri bir araya gələcək. Sərgi çərçivəsində B2B görüşlər, panel müzakirələr, interaktiv seminarlar, innovasiyalar, rəqəmsal həllər və turizmdə davamlı təcrübələrlə bağlı təqdimatlar olacaq.

Qeyd edək ki, turizmin iqtisadi inkişafın əsas sütunlarından birinə çevrildiyi bir vaxtda Bosniya və Herseqovina son illərdə Cənub-Şərqi Avropanın aparıcı istiqamətləri sırasında yer alıb.

Chosen
19
2
sia.az

3Sources