EN

Rubio Rusiya nümayəndə heyətinin sanksiyalara görə Alyaskada yaşadığı çətinliklərdən danışıb

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçirilən görüşü zamanı Rusiya nümayəndə heyəti təyyarələrinə yanacaq doldurmaq üçün pul ödəməli olub...

Poliqon xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.

O vurğulayıb ki, əvvəllər tətbiq edilmiş bütün anti-Rusiya sanksiyaları qüvvədə qalır və Alyaskaya gələn Rusiya nümayəndə heyəti də buna aydın şəkildə əmindir. Belə ki, ruslar öz bank sistemlərindən istifadə edə bilmədiklərindən təyyarələrini nağd pulla doldurmalı olublar.

Poliqon.info 

Chosen
59
poliqon.info

1Sources