Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət qulluğu haqqında” qanunda əksini tapıb.
Dövlət qulluğunda olma müddəti uzadılarkən aşağıdakılar nəzərə alınır:
– dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
– elmi dərəcənin və ya elmi adın olması;
– dövlət təltifi ilə təltif edilmə;
– attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.