“Liverpul”un cinah hücumçusu Ben Doak yeni klubuna qoşulub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bundan sonra “Bornmut”un şərəfini qoruyacaq.
Şotlandiya millisinin üzvü Doak “Bornmut”la beş illik müqavilə imzalayıb. Bu keçid üçün Mersisayd klubuna 29 milyon avro ödənilib.
Keçən mövsümü “Midlzbro”da icarə əsasında keçirən Doak 24 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun qiyməti 14 milyon avrodur.