EN

“Razılaşma əldə olunmasa, ABŞ danışıqlar prosesindən çıxacaq” –TRAMP

Tramp və Zelenski jurnalistlərin suallarını cavablandırıb.

Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Donald Tramp Ukraynaya “təhlükəsizlik məsələlərində böyük yardım” ediləcəyini bildirib və üçtərəfli görüşə ümid etdiyini bildirib. ABŞ prezidenti həmçinin bildirib ki, bu gün Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Vaşinqton danışıqlar prosesindən çəkiləcək.

Zelenski də öz növbəsində Vladimir Putinlə üçtərəfli görüşə hazırdır. Ukrayna prezidenti həmçinin müharibə bitdikdən sonra seçki keçirməyə hazır olduğunu bildirib və Melaniya Trampa Putinə yazdığı məktuba görə təşəkkür edib.

Söhbətin sonunda Tramp Vaşinqtonda bugünkü görüşlərdən sonra Putinlə danışacağını bildirib.

AzPost.az

Chosen
22
50
azpost.info

10Sources