EN

CNN: Tramp və Zelenski arasında görüş əvvəlkindən daha səmimi keçib...

Oval kabinetdəki görüşdə gərginlik əvəzinə dostluq və hörmət mühiti hökm sürüb...

Poliqon CNN telekanalına istinadənxəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün Oval kabinetdə baş tutan görüşü, altı ay əvvəlki gərgin dialoqdan fərqli olaraq, daha dostcasına və konstruktiv keçib.

Fevral ayında kəskin mübahisə ilə yadda qalan səhnənin əksinə olaraq, bu dəfə liderlər arasında hörmət və anlayış tonu hiss olunub. Ukrayna tərəfi görüşün uğurla baş tutması üçün ciddi hazırlıq görüb. Zelenski Trampa həyat yoldaşından şəxsi məktub təqdim edib və ABŞ-ın birinci xanımı Melaniya Trampın Putinə ünvanladığı, müharibə şəraitində əziyyət çəkən uşaqlar barədə sözlərini xatırladıb. Bu jestlər görüşə daha səmimi və insani bir ab-hava qatıb.

Hətta geyim seçimi də rəmzi xarakter daşıyıb: əvvəlki dəfə Trampın narazılığına səbəb olan hərbi geyim əvəzinə Zelenski bu dəfə rəsmi kostyum geyinib. Bu addım hörmət və kompromis əlaməti kimi qiymətləndirilib və otaqda yüngül təbəssüm yaradıb.

Fevraldakı görüşdən fərqli olaraq, bu dəfə Trampın nümayəndə heyəti müzakirələrə qarışmayıb. Dövlət katibi Ceyms Vens, senator Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyəti üzvləri və xüsusi elçi Stiv Uitkoff yalnız kənarda əyləşərək sözü liderlərə buraxıblar.

Poliqon.info

Chosen
31
50
poliqon.info

10Sources