EN

Tramp və Zelenskinin görüşü başa çatıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüş başa çatıb.

TurkicWorld xəbər verir ki, görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubio da iştirak ediblər.

21:34

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

TurkicWorld xəbər verir ki, danışıqların əsas mövzusu Ukraynadakı münaqişənin sona çatdırılması yollarının müzakirəsidir.

Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.

Görüşdən gözləntilər əsasən təhlükəsizlik zəmanətləri, sülh prosesinin konkret detallarının müəyyənləşdirilməsi və Ukraynanın gələcəkdə Qərblə münasibətlərinin yeni mərhələyə keçidi ilə bağlıdır.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

Chosen
29
50
turkic.world

10Sources