EN

40 yaşdan yuxarı kişilərin görüşlərdə buraxdığı əsas səhv

İnternetdə yetkin yaşlı kişilərin görüşlərdə ən çox buraxdığı səhv barədə geniş müzakirə aparılıb. 

HİT.az xəbər verir ki, "Reddit" istifadəçiləri müxtəlif məsləhətlər paylaşaraq kişilərə tipik tələlərdən yayınmağı tövsiyə ediblər.

Bir istifadəçi bildirib ki, əsas səhvlərdən biri odur ki, kişilər özlərini sanki gənclərlə rəqabətdəymiş kimi aparır, yaşın gətirdiyi təcrübə və özünəinamı qiymətləndirmir, halbuki gənc qadınların çoxu məhz bu təcrübəyə dəyər verir.

Başqa bir iştirakçıya görə, problemlərin kökündə səbirsizlik dayanır: "Onlar nə istədiklərini bilməli və buna uyğun davranmalıdırlar".

Üçüncü fikir sahibi isə qeyd edib ki, bir çox kişi öz üstünlüyünü – təcrübəsini – istifadə etməyi unudur: "Əks halda onlar sadəcə eyni səhvləri təkrar edirlər".

İstifadəçilərin paylaşdığı müşahidələrə görə, yetkin kişilərin görüşlərdə ən çox rast gəlinən səhvləri bunlardır:

* Özlərini olduğundan gənc göstərməyə çalışmaq – qeyri-təbii geyim və ya yad üslubdan istifadə;
* Yaşına uyğun rahat və təbii davranmaq əvəzinə gənclərə bənzəməyə çalışmaq;
* Gənc qadınların ardınca qaçmaq;
* Münasibətləri yalnız maddi imkanlar üzərində qurmaq.

İştirakçılar vurğulayıblar ki, yaşından asılı olmayaraq insanın ən cəlbedici xüsusiyyəti – özünəinam və daxili rahatlıqdır. Ən yaxşı nəticə isə yalnız özünü sevməklə və təbii davranışla əldə olunur.

Samir
 

Chosen
4
30
hit.az

10Sources