İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.
Gundem.az “Armenpress”ə istinadən xəbər verir ki, İran liderini İrəvanın Zvartnots aeroportunda ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Pezeşkian avqustun 19-da Ermənistan-İran Biznes Forumunda iştirak edəcək.
İran prezidentinin Ermənistandan sonra Belarusa səfəri gözlənilir.