EN

Bu bölgədə son 3 gündə ətin qiyməti BAHALAŞDIVİDEO

İsmayıllı rayonunda son bir ay ərzində ətin qiyməti orta hesabla iki manat artıb.

Xezerxeber.az xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.

Onların fikrincə, bu bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi 40-50 kiloqram satış olur.

Alıcılar da qiymət artımından narazıdırlar.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.

Qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanı məhduddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
15
20
xezerxeber.az

10Sources