EN

Rafael Fiziyevin döyüşünə baxmaq istəyənlər nə qədər ödəməlidir? Biletlərin qiyməti

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rafael Fiziyev və Çarlz Oliveyra arasındakı döyüşün biletləri satışa çıxıb.

Fanat.Az xəbər verir ki, UFC Fight Night tədbiri çərçivəsində keçiriləcək Rafael Fiziyev və Çarlz Oliveyra arasındakı döyüşün biletləri artıq satışa çıxıb.

2025-ci ilin 11 oktyabrında Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Farmasi Arena"da baş tutacaq bu qarşılaşma, UFC-nin Rio-de-Janeyroya ilk səfəri olacaq.

Biletlərin qiymətləri sektor və oturacaq növünə görə dəyişir. Ən ucuz biletin qiyməti 260 ABŞ dolları (təxminən ₼442), ən bahalı biletin isə 1850 ABŞ dolları (təxminən ₼3145) olduğu bildirilir.

Biletləri əldə etmək üçün UFC-nin rəsmi saytından və ya digər etibarlı satış platformalarından istifadə etmək mümkündür.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
19
fanat.az

10Sources