EN

Şəhidlərə qarşı qeyri-etik hərəkətlər edən ərəblər HƏBS OLUNDU - YENİLƏNİBVİDEO

Əvvəlcə adi ziyarətçi kimi Şəhidlər xiyabanına daxil oldular. Ardınca isə qəhrəman övladların uyuduğu məzarların önündə qeyri-etik hərəkətlərlə təlxəklik etdilər.

Bu azmış kimi həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq cəmiyyətin haqlı qəzəbinə səbəb oldular.

Kadrlarda əcnəbi turistlərin müqəddəs məkan olan Şəhidlər Xiyabanında qəbuledilməz davranışlar etdikləri görsənir.

Hər kəs ilk qədəmlərini  Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur. Bu amal uğrunda gözünü qırpmadan ölümə gedən, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

İstər ölkə vətəndaşları, istərsə də xarici turistlər bu hərəkətlərin əxlaq normlarına uyğun olmadığını bildirirlər.

Həmin şəxslər elə gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanlıb.

Daxili İşlər Nazirliyindən bildirib ki, həmin əcnəbilər barəsində cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

18:20

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

 

Chosen
71
50
xezerxeber.az

10Sources