“Napoli” hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb komandanın hücumçusu Romelu Lukakunun zədələnməsi və təxminən üç ay yaşıl meydanlardan kənarda qalmasıdır.
İtaliya klubu İngiltərədə potensial namizədlər tapıb. Belə ki, “Napoli” “Mançester Yunayted”lə danışıqlar apararaq hücumçulardan birini – Rasmus Hoylund və ya Coşua Zirkzeni icarəyə götürmək istəyir.
Bununla belə, “qırmızı şeytanlar” Zirkzenin komandadan ayrılmasına qarşıdır. Niderlandlı forvard baş məşqçi Ruben Amorimin planlarında mühüm yer tutur.
Qeyd edək ki, Höylund ötən mövsüm “Mançester Yunayted”in heyətində 52 oyunda 10 qol vurub və 4 assist edib. Zirkze isə 49 görüşdə 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.