EN

Ermənilərin Qarabağa qayıtması sülhə təhlükə yaradır - Nikol Paşinyan

“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub.

O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

Chosen
36
50
aznews.az

10Sources