EN

Bakının bu ərazilərinə giriş 10 günlük məhdudlaşdırılır

Bu gün axşam saatlarından etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, 18 avqust saat 22:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur”,- deyə məlumatda qeyd edilib.

"Cebheinfo.az" 

Chosen
19
50
cebheinfo.az

10Sources