Sanksiyalara görə Rusiya nümayəndə heyəti ABŞ-a nağd pulla dolu çamadanlarla uçub.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Ruslar yanacaq doldurmaq üçün Alyaskaya enəndə bizim bank sistemimizdən istifadə edə bilmədikləri üçün nağd pul ödəməli oldular. Putinin təyyarəsinə yanacaq doldurmaq təxminən 85 min dollara başa gəlib. Onlar kartlardan və ya bank köçürmələrindən istifadə edə bilmirlər, çünki hər şey bloklanıb”, - Rubio bildirib.
"Cebheinfo.az"