EN

Qadın futbolçularımız işğaldan azad olunmuş torpaqları ziyarət edib

Yazını böyüt
Yazını kiçilt

Qadınlardan ibarət Azərbaycan milli komandası avqustun 16-17-də işğaldan azad olunmuş torpaqlarımızı ziyarət edib.

Hafta.az xəbər verir ki, səfərin ikinci günü idmançılar Xankəndi stadionuna baxış keçirib. Daha sonra milli komanda Qarabağ Universiteti və ali təhsil ocağının zəngin kitabxanası ilə tanış olub.

Səfər çərçivəsində onlar Qarabağ xanının vəziri Molla Pənah Vaqifin Şuşadakı məzarı üzərində ucaldılmış məqbərəni, Bülbülün ev-muzeyini, Əsgəran qalasını, Xocalı şəhərini, Xocalı şəhidlərinin məzarını, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını və Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Bundan əlavə, Ağdam şəhərinə və İmarət tarixi kompleksinə baş çəkiblər.

Komanda üzvləri bölgə sakinləri ilə də görüşüb, uşaqlara AFFA tərəfindən top və şərflər hədiyyə ediblər.

Chosen
13
5
hafta.az

10Sources