Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyev birgə bəyanat yayaraq Rusiyanın SOCAR-a hücumunu qəti şəkildə pisləyib.
Modern.az xəbər verir ki, Pere Joan Pons və ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev Rusiya Federasiyasının Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna, o cümlədən Odessa şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə davamlı hücumlarını qəti şəkildə pisləyirlər.
Bəyanatda xatırladılır ki, ATƏT PA-nın 2025-ci ildə Portoda keçirilmiş İllik Sessiyasında qəbul edilən Qətnamədə Ukraynanın enerji və mülki infrastrukturunun genişmiqyaslı dağıdılması pislənilmiş və enerjiyə maneəsiz çıxışın sabitlik və rifah üçün əsas şərt olduğu bir daha təsdiqlənmişdir.
Bu qətnaməyə istinad edən Komitə Sədri Azay Quliyev vurğulayıb ki, mülki infrastrukturun məqsədli şəkildə bombalanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu məsuliyyətsiz hücumlar insanların dözülməz əzab-əziyyətinə səbəb olur. “Enerji obyektlərinə, o cümlədən SOCAR-ın müəssisələrinə hücum təkcə mülki həyat üçün deyil, həm də bütün regionun iqtisadi və enerji sabitliyi üçün birbaşa təhtiddir”, – deyə Quliyev bildirib.
“Rusiya Federasiyasını təcavüzkar hərbi əməliyyatlarını dərhal dayandırmağa, mülki şəxslərə və həyati əhəmiyyətli infrastruktur obyektlərinə qarşı bütün qanunsuz hücumlara son qoymağa çağırıram”, – deyə Prezident Pons əlavə edib. O, sözlərini belə yekunlaşdırıb: “Davamlı atəşkəsin təmin edilməsi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmalıdır.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.