EN

“Qarabağ ermənilərinin Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir” - Paşinyan

“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub. Pepperoni pizza

O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”, - deyə Baş nazir vurğulayıb./APA


Telegram kanalımız
Chosen
29
50
yenisabah.az

10Sources