Fələstinin HƏMAS hərəkatı bir sıra fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.
Operativ Media xəbər verir ki, bu iddia ilə Misirin Əl-Qahirə əl-İxbariyyə telekanalı çıxış edib.
Mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutacaq.
Telekanalın mənbələrinə görə, Misir və Qətər vasitəçiləri HƏMAS-ın razılaşdığı təklifə əsasən humanitar yardımın maneəsiz şəkildə anklava daxil olmasını təmin etmək üçün İsrail qoşunlarının Qəzzanın dərinliklərindən çıxarılmasını da nəzərdə tuturlar.