EN

“Qazanmaq üçün oynayın, ya da heç oynamayın” - Tramp girovlardan yazdı

“İsrailli girovların qaytarılması yalnız HAMAS məğlub olduqdan sonra mümkün olacaq”.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp girovlar və Qəzzadakı müharibə məsələsinə özünün  “Truth”  sosial şəbəkəsində toxunub.

“Qalan girovların qaytarılmasını yalnız HAMAS məhv edildikdən sonra görəcəyik.  Bu nə qədər tez baş verərsə, girovların buraxılma şansı da bir o qədər çox olar. Unutmayın, İsrail üçün yüzlərlə girovun azad edilməsi üçün danışıqlar aparan və bunu təmin edən mən olmuşam. Cəmi altı ayda altı müharibəni bitirən də mən olmuşam. İranın nüvə obyektlərini məhv edən də həmçinin mən olmuşam. Qazanmaq üçün oynayın, ya da heç oynamayın”,-deyə Ağ Ev rəhbəri yazıb. 

 

Chosen
27
50
qafqazinfo.az

10Sources