EN

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər haqda qərar verildi

Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Chosen
92
40
operativmm.az

10Sources