EN

Biləsuvarda bu il 4 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılacaq

Biləsuvar rayonunda bu il 4 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, yeni siniflər rayonun Səmədabad kənd tam orta məktəbində, Ağayrı kənd tam orta məktəbində, Zəhmətabad kənd tam orta məktəbində və Bəydili kənd tam orta məktəbində təşkil olunacaq.

Bildirək ki, bu vaxta qədər rayonun digər 7 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib.

Sözügedən siniflərin sayı bununlada 11-ə çatacaq.

Chosen
21
12
report.az

10Sources