EN

Xırdalanda ustalar arasında dava düşdü, xəsarət alan var

Abşeron rayonunda 2003-cü il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanşı Müşfiqə xəsarət yetirib. 

Demkokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 dekabr 2024-cü ildə baş verib. Saatlı rayon sakini Elvin həmin gün saat 16 radələrində ustalıq fəaliyyəti ilə məşğul olduğu Xırdalan şəhərində binanın qarşısında tanışı Müşfiqin ona zarafat etməsi, işlə məşğul olmaması səbəbindən irad bildirməsindən əsəbiləşib. 

Buna görə aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq səbəbindən istifadəsində olan “rezak” kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə Müşfiqin sol baldır nahiyyəsindən qəsdən vurub. 

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Saatlı rayonunun kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır: “2023-cü ildə ailə həyatı qurmuşam, 2024-cü ilin noyabr ayında övladım anadan olub. Mən rəsmi olaraq heç bir yerdə işləmirəm, bir müddət olar ki, Xırdalan şəhəri ərazisində tikinti işlərində gündəlik fəhlə kimi çalışaraq ailəmi maddi cəhətdən dolandıram. Zərərçəkmiş Müşfiq mənimlə birlikdə fəhlə kimi işləyir. Onunla münasibətlərim həmişə yaxşı olub, hərdənbir bir-birimizlə  zarafatlar da edirik”.

Elvin qeyd edib ki, dekabrın 17-də Xırdalan şəhəri ərazisində yerləşən yaşayış kompleksində yerləşən 9-cu binada saat 16 radələrində Müşfiqlə birlikdə binanın çöl hissəsində fasad işləri görüb, həmin zaman bir-biriylə zarafat etməyə başlayıblar: “Müşfiq zarafat etməməyi, işləməyi bildirməklə irad söylədim. Bundan əsəbiləşərək Müşfiqə arxa tərəfindən yaxınlaşdım və istifadə etdiyim “rezak” kimi adlanan iti kənarlı kağız kəsən məişət əşyası ilə Müşfiqin sol baldır nahiyəsini kəsərək xəsarət yetirdim. Bundan sonra oradan qaçaraq uzaqlaşdım. Daha sonra isə geri qayıdaraq Müşfiqə kömək etdim və onun yarasına bağlamağa köməklik göstərdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
22
50
demokrat.az

10Sources