EN

The Guardian: Starmer atəşkəs olmadan Ukrayna razılaşmasını dəstəkləyəcək

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna üzrə atəşkəs olmadan da sülh sazişinin əldə olunmasına ilkin şərt kimi dəstək verməyə hazırdır.

Operativ Media xəbər verir ki, Bu qənaətə “The Guardian” qəzeti, Britaniya hökumət başçısının Vaşinqtona yollanarkən təyyarənin göyərtəsində verdiyi açıqlamaları şərh edərkən gəlib.

“Biz həmişə Ukrayna üçün davamlı və ədalətli sülh istədiyimizi bildirmişik”, – deyə Starmer vurğulayıb və əlavə edib ki, “təhlükəsizlik zəmanətlərinə əsaslanan belə bir sülhün əldə olunması irəliyə doğru mühüm addım olacaq”.

Londonun mövqeyində dəyişiklik olub-olmaması ilə bağlı sualı cavablandıran baş nazir isə atəşkəsdən söz açmadan “davamlı sülhün” təmin edilməsinin vacibliyini qeyd edib.

Chosen
53
50
operativmedia.az

10Sources