EN

"Ukraynaya silah sataq" təklifinə deputatdan REAKSİYA

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov KİV-ə açıqlamasında Azərbaycanın Rusiyaya cavab olaraq Ukraynaya silah satmalı olduğunu deyib. 

Bununla bağlı Demokrat.az-a danışan deputat Azər Allahverənov bildirib ki, bu qərar ölkə Prezidentinin səlahiyyətində olan məsələdir:

"Bu cür fikirlər səsləndirilir. İki ölkə rəhbərlərinin telefon danışıqları zamanı bu mövzu ətrafında da fikir mübadiləsi olub. İstənilən halda bu, ölkə rəhbərinin səlahiyyətində olan məsələdir.

Müxtəlif şəxslər bu barədə təkliflərlə çıxış edə bilərlər. Mən isə düşünürəm ki, burada bir çox məqamlar var. Bəzi məqamlar var ki, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinə yox, gərginlikdən uzaq səpgidə inkişafına səbəb ola bilər. Diplomatik müstəvidə kifayət qədər resurslar var ki, bu resursları işə salmaq olar".

Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
14
50
demokrat.az

10Sources