EN

"Onların saxlanılması hamıya dərs olmalıdır" — AÇIQLAMA

"Şəhidlərimizin məzarını təhqir edənlər Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkətlərin edilməsi maddəsi) ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu maddə ilə cəza 2 ilədək müddətdə islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmədir. Mən hesab edirəm ki, mütləq azadlıqdan məhrumetmə cəzası olmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

Nəzərə almalıyıq ki, bu sadə qəbir deyil, şəhidlərin məzarıdır: 

"İstənilən qəbirə qarşı belə hərəkət etmək olmaz, amma şəhidlər bizim üçün xüsusi bir önəm daşıyır. Buna görə də mütləq ən sərt şəkildə azadlıqdan məhrumetmə olmalıdır. Özü də bu insanlara heç cür haqq qazandırmaq olmaz. Edilənlər istənilən ölkənin qanunlarına ziddir.  Bunu edənlər ərəblərdir və dinimizə də ziddir. Onların saxlanılması hamıya dərs olmalıdır.

Əfsanə Kamal
Demokrat.az
Chosen
8
27
demokrat.az

10Sources