EN

Zərif Bakı və İrəvanın dəhliz razılaşması barədə: Təhlükə yox, fürsətdir

“Azərbaycan-Ermənistan razılaşması region üçün təhlükə yox, bir fürsətdir”.
Teleqraf xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Sabiq nazir “Foreign Policy” nəşrində dərc olunan məqaləsində avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanın təhlükə deyil, fürsət kimi qəbul edilməli olduğunu vurğulayıb.

Zərifin sözlərinə görə, bu yeni inkişaf 2019-cu ildə təklif olunan regional əməkdaşlıq layihəsini yenidən başlada bilər, bu layihə çərçivəsində İran, Rusiya, Türkiyə, eləcə də Cənubi Qafqazın üç ölkəsi əməkdaşlıq etməlidir:

“Bu imkanlar paradiqması prizmasından İran, hətta Rusiya və Türkiyə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış son razılaşmaya təhlükə kimi deyil, Qafqazda İran, Rusiya və Türkiyə, eləcə də Ermənistan, Azərbaycan və Gürcüstan arasında əvvəllər təklif edilmiş tranzit əməkdaşlığını canlandırmaq üçün bir fürsət kimi baxa bilərlər”.

Diplomat əlavə edib ki, bu cür əməkdaşlıq təkcə nəqliyyat və enerji əlaqələrinə təkan verməyəcək, həm də beynəlxalq özəl sektor üçün unikal investisiya imkanları yaradacaq.
Chosen
14
50
sherg.az

10Sources