EN

Sürücülərin NƏZƏRİNƏ! Bu yol 10 gün bağlı qalacaq

ain.az, Bakupost saytına istinadən bildirir.

Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Bakupost.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını xahiş edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
50
www.bakupost.az

10Sources