Elçin Məsiyev FIFA-dan yəni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı referi UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, E. Məsiyev ötən həftə "Tottenhem" - PSJ UEFA Superkuboku uğrunda matçda dördüncü hakim kimi qarşılaşmada iştirak edib.