EN

İkardi zirvəyə yaxınlaşdı

Mauro İkardi adını "Qalatasaray" tarixinə yazdırmağa davam edir.

Fanat.Az xəbər verir ki, “Fatih Karagümrük”lə keçirilən matçda vurduğu qolla argentinalı hücumçu klub tarixinin ən çox qol vuran legionerləri siyahısında ikinci pilləyə yüksəlib.

Hazırda 62 qol həddinə çatan İkardi yalnız Georgi Hacidən geri qalır. Rumıniyalı əfsanə "Qalatasaray" forması ilə ümumilikdə 72 qol vurub. İlk "3-lüy"ü isə Milan Baroş tamamlayır.

Beləliklə, Mauro daha bir neçə qol vuracağı halda, "Qalatasaray" tarixinin ən məhsuldar legioneri ola bilər.

Kamil Xudiyev

Chosen
61
fanat.az

1Sources