EN

Avropa İttifaqı ilk altı ayda Rusiyadan 4,5 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz idxal edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 18 avqust, AZƏRTAC

Avropa İttifaqı (Aİ) bu ilin birinci yarısında Rusiyadan 4,48 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd olunub.

İlin ilk altı ayında Aİ ölkələri tərəfindən ümumilikdə 26,9 milyard avro dəyərində LNG idxal olunub. Bunun 13,7 milyard avroluq hissəsi ABŞ-dan gətirilib.

Hazırda Aİ neft və kömür kimi digər fosil yanacaqlarına sanksiyalar tətbiq etsə də, qaza qarşı sanksiyalar tətbiq olunmayıb. Bu səbəbdən Rusiya qazı Aİ-yə hələ də “Türk axını” boru kəməri və LNG vasitəsilə çatdırılır.

Ötən il Rusiya qazı Aİ-nin ümumi qaz idxalının 19 faizini təşkil edib. “Eurostat”ın məlumatına əsasən, 2024-cü ildə Aİ Rusiyadan 15,6 milyard avro dəyərində təbii və emal olunmuş qaz idxal edib. Eyni dövrdə ABŞ-dan idxal 19,1 milyard avro təşkil edib.

Qeyd edək ki, Aİ Rusiyadan qaz idxalını bir neçə il ərzində tamamilə dayandırmağı hədəfləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
22
azertag.az

10Sources