Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu ilin sonuna kimi işğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzinə keçmiş məcburi köçkünlərin köçü gözlənilir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirib.
“Artıq Ağdamın 3 kəndinə əhali köçüb. Ağdam şəhərinə də əhalinin köçü bu ilin sonuna kimi gözlənilir", - o qeyd edib.
Deputat bildirib ki, ona şəhərdən ev verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.
"Hələlik mənim müraciətimə cavab verilməyib”, - deputat əlabə edib.
Qeyd edək ki, artıq Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkünləri köçü baş tutub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.