Gəncədə 33 yaşlı qadın fiziki zorakılığa məruz qalıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Günel İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Qadının həyat yoldaşı tərəfindən döyüldüyü müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Günel İsmayılovanın həyat yoldaşı, 49 yaşlı Zamiq Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu