EN

“Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın” – Tramp

ABŞ Prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HAMAS-ın məhv edilməsindən asılı olduğunü düşünür.

Heftelik.az  xəbər verir ki,  Donald Tramp bununla bağlı sosial media hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, girovların geri qaytarılmasını yalnız HAMAS məhv edildikdən sonra görəcəyik: “Bu, nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən sadəcə 6 ayda, 6 müharibəni sonlandırmışam. Mən İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın”.

Chosen
9
50
heftelik.az

10Sources