“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ingilislə “Mançester Yunayted” maraqlanır. Mankunianlılar İngiltərə millisinin üzvünü heyətinə qatmaq imkanını nəzərdən keçirir.
2024/25 mövsümündə Uorton 27 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun “Kristal Pelas”la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.